Hadisə 

Zorlanmamaq üçün özünü pəncərədən atdı – Bakıda ŞOK OLAY

Bakıda evin pəncərəsindən özünü atan qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

ARANTV.AZ  xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbəsi, Seyidov küçəsindəki binada yaşayan 1972-ci il təvəllüdlü Z.Məmmədova özünü 3-cü mərtəbədən atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadına onurğanın küt travması diaqnozu qoyulub.

Hadisə ilə bağlı media.az saytının yaydığı xəbərdə qeyd edilib ki, Z.Məmmədova hadisədən öncə tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi açılıb, araşdırmalar aparılır.publika.az

Daha çox xəbərlər