“Barəmizdə səslənənlərin heç bir əsası yoxdur”
Uzun müddət idi ki, Bərdə şəhərinin Cumalar və Kafarlı kənd sakinlərinə məxsus qəbristanlığa gedən və uzunluğu tərqibən 1 km olan yol olduqca bərbad halda idi. Qeyd olunan yolun qaydaya salınması ilə bağlı adı çəkilən kənd sakinlərinin aidiyyatı dövlət qurumlarına ünvanladıqları müraciətlərin heç bir nəticəsi olmurdu ki, olmurdu. Nəhayət, bu ilin 20 yanvar günü həmin yolun “bəxti açıldı”.

Belə ki, Bərdə şəhər Yol İstismarı idarəsinin rəhbərliyi ünvanlanmış çoxsaylı müraciətlərin varlığını nəzərə alaraq, həmin gün “hərəkətə keçdi”. Yəni, qeyd olunan yolun qaydaya salınması üçün idarənin tabeçiliyində olan “qreyder”lə ilk əvvəl yolun üst hissəsi qaydaya salındı, az sonra isə yolun üst hissəsinə qum-çınqıl döşənildi. Atılan addımla bağlı məlumatı kənd sakinlərindən eşidib, dərhal təmir-bərpa işləri gedən ərazidə oldum. Düzdür, Arantv.az internet televiziyası olaraq hər zaman Bərdə şəhərində, hətta ətraf ərazilərdə də həyata keçirilən təmir-bərpa, yenidənqurma və s. işlərlə bağlı müəyyən çəkilişlər həyata keçirib, hər kəsi bu yöndə məlumatlandırmağa çalışırıq.
Məsələnin diqqəti cəlb edən tərəfi o oldu ki, Cumalar və Kafarlı kənd sakinlərinin hər biri, Bərdə şəhər Yol İstismarı idarəsi rəhbərliyinin atdığı belə bir addımı təqdirəlayiq hesab edib, öz razılıqlarını bildirdilər. Həmin anlarda sakinlərdən müəyyən müsahibələr götürüb, onların məsələlərə münasibətlərini də öyrənə bildik. Sakinlər fikirlərini belə bir formada ifadə etdilər ki, “görülən bu iş kənd sakinlərinin narazılıqlarını aradan qaldıracaq və onlar öz xeyr-dualarını səbəkarlara dönə-dönə çatdıracaqlar”.
Onu da bildirim ki, qeyd olunan yolun qaydaya salındığı vaxtlarda 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırım və onuna birlikdə bir neçə nəfər şəxs də əraziyə gəldilir və onlar görülən işlərin gedişini müşahidə etdilər. Ölkəmizdə 9 fevral günü keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kompaniyasının həssas vaxta çatmasını nəzərə alaraq, seçki prosesi ilə bağlı adı çəkilən namizəddən də, müəyyən müsahibələr götürdüm. Düşünürəm ki, atdığım addımlar KİV nümayəndəsi olaraq həm peşə borcumdur, həm də bir vətəndaş təəssübkeşliyimdən irəli gələn addımımdır.
Düşündürücü hal odur ki, qeyd olunan yol qaydaya salındığı gündən az sonra, müəyyən çevrədə belə bir söz-söhbət dolaşır ki, guya 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırımı və onuna birlikdə olan şəxsləri, həmin gün əraziyə mən dəvət etmişəm. Bu cür əsassız söz-söhbətin heç bir əsası yoxdur və hal-hazırda da alnıaçıq şəkildə bildirirəm ki, qeyd olunan yol qaydaya salınan zaman kənd sakinlərinin dəvəti ilə ərazidə olub, müəyyən çəkilişləri həyata keçirmişik.
Vüsal Bayramov

