Azərbaycanda vəzifəli şəxsin oğlu məktub yazıb yoxa çıxdı
Bakıda doqquzuncu sinif şagirdi itkin düşüb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib.
F.Zeynalov evdə məktub yazaraq naməlum istiqamətə gedib.
Qeyd edək ki, o, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əziz Zeynalovun oğludur.Oxu.Az

