Dünya 

Buynuzları dolaşan iki maralı bir güllə ilə AYIRDI – VİDEO

Kanadanın Kalqari vilayətinin Balıq resurslarının və Vəhşi Təbiətin Qorunması Xidmətinin əməkdaşı, serjant Skott Kollveyt buynuzları bir-birinə dolaşan iki marlı güllə ilə ayırıb.

BİG.A-ın verdiyi xəbərə görə, həmin görüntüləri “Global News” yayıb.

Skottun sözlərinə əsasən, marallar ilin bu vaxtında buynuzlarını təbii şəkildə atır və yazda yenidən buynuz çıxarırlar. Buna görə, nigrançılığa səbəb yoxdur: heyvanın sınmış buynuzu tez bir zamanda bərpa olunacaq.

Kollveyt qopub düşən buynuz parçasını yadigar saxladığını bildirib.

 

Daha çox xəbərlər