Hadisə 

Arvadını boğub öldürən şəxs məhkəmə önündə

Qaradağ rayonunda arvadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, cinayət işi yekunlaşdırılaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir.

Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha çox xəbərlər