Paytaxt sakini 6,5 kiloqramdan çox marixuana ilə tutuldu
Bakı şəhər sakini avtomobilində 6,5 kiloqramdan çox marixuana ilə tutulub.
ARANTV.AZ ölkə.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Mahir Hüseynovdan 5,370 qram marixuana götürülüb.
Onun “Niva” markalı avtomobilinin yük yerinə baxış zamanı əlavə olaraq 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

