İdman 

Basketbolçu qızlar əlbəyaxa oldu, məşqçilər qaçaraq canlarını qurtardı – VİDEO

ABŞ-da basketbolçular arasında dava düşüb.

ARANTV.AZ-ın xəbərinə görə, “Cənubi Texas” və “Alabama” komandaları arasında oyun boyu sürən gərginlik sona qədər davam edib.

Bu barədə “Twitter”də video yayımlanıb.

“Cənubi Texas” basketbolçuları 81:54 hesabı ilə qələbə çalıblar.

Oyunun sonunda komandalar əlbəyaxa olublar. Məşqçilər qaçaraq canlarını qurtarıb. Sonradan oyunçuları ayırmaq mümkün olub.

“Cənub-Qərb Atletika Komissiyası” araşdırma apararaq hər iki komandanın məşqçılərinə və on basketbolçuya qarşı sanksiya tətbiq edib. İdmançılar növbəti iki qarşılaşmada oynamayacaqlar. “Alabama”nın məşqçisi qeyri-müəyyən müddətə, “Cənubi Texas”ın məşqçisi isə bir oyunluq kənarlaşdırılıb.

Komandaların təmsil etdiyi hər iki universitet beş min dollar (8500 AZN) cərimə edilib.

Barstool Sports

@barstoolsports

Knucks were being chucked at the Texas Southern – Alabama State women’s basketball game last night @thisleague

Embedded video

1,416 people are talking about this
 Oxu.Az

 

Daha çox xəbərlər