Hadisə 

Respublika çempionunu bıçaqladılar — TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində Azrəbaycan çempionunu bıçaqlayan şəxsin məhkəməsi başlayır.

ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Orduxanlı Novruz Qədir oğlunun məhkəmə prosesinə hakim Mayıl Bayramov sədrlik edəcək.

İttiham aktına görə, hadisə bu il mart ayının 21-də gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov “Mehdiabad dairəsi” kimi tanınan ərazidə Novruz Orduxanlı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman Novruz S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, S.İsmayılov “Fateh” klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yeri tutub.ölkə.az

Daha çox xəbərlər