Qubada GÜCLÜ YANĞIN – Söndürülməsinə 2 helikopter cəb olunub
Quba rayonun Qalxun kəndində baş verən yanğın hadisəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Fövqəladə Haqllar Nazirliyindən verilən məlumata görə, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:
“Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək”.
Məlumata görə, hadisə nəticəsində ot tayalarının yanında olan 5 evin də yandığı bildirilir. (trend)

