Türkiyə klubu zəlzələyə görə çempionatdan kənarlaşdırıldı
Türkiyənin “Elazığspor” klubu mübarizə apardığı II diviziondan çəkilib.
ARANTV.AZ xəbər verir ki, yanvarın 24-də Elazığ şəhərində 6,8 bal gücündə baş verən zəlzələdən sonra yerli klub çempionatdan çəkilmək istəyini bildirmişdi.
Türkiyə Futbol Federasiyası 26 yanvarda edilən müraciətə müsbət cavab verib. Qərara əsasən, “Elazığspor” növbəti – 2020/2021 mövsümündən etibarən yenidən çempionatda mübarizə apara biləcək.
Belə ki, cari mövsümün sonrakı matçlarında “Elazığspor”a 0:3 hesablı texniki məğlubiyyət verilsə də, komanda daha aşağı diviziona düşürülməyəcək.
Qeyd edək ki, indiki duruma görə “Elazığspor” II divizionun “Qırmızı” qrupunda 16 xalla XVI sırada qərarlaşıb.Oxu.Az

