Cəmiyyət 

Azərbaycanlı oğlana qaçan özbək qızın anası-“Sizin millətə qız vermərəm”

Anası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı özbək qızı Azərbaycanlı sevgilisinin yanına qaçıb.

ARANTV.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verlişində Mədinə Seyfədinovanı qaçırmaqda təqsirli bilinən 24 yaşlı Ayxanın anası deyib.

O, bildirib ki, Ayxanla Mədinə internetdə dost olublar: “Sonra bu dostluq sevgiyə çevrildi. Mədinə Ayxana deyib ki, anası ona işgəncə verir. Ona görə evdən qaçmaq istəyir. Mən Mədinəyə dedim ki, qaçmaq problemi həll etmir. Bir-iki gün keçəndən sonra Mədinə Ayxana zəng etdi ki, artıq Bakıdadır. Ayxan qızın anası və dayısına zəng edib xəbər verdi ki, onlar narahat olmasın. Mədinənin anası Ayxana deyib ki, sizin millətə və kasıba qız vermərəm. Ayxan da onlara qızın olduğu yeri dedi. Bütün bu dediklərim 2019-cu ilin noyabrında baş verib. Mənim bir oğlum var. Onun belə problemli ailəsi olmasını istəmirəm. Mədinənin tezliklə tapılmasını istəyirəm”.

Sonxeber.az

Daha çox xəbərlər