Astarada qarın hündürlüyü 70 sm-ə çatdı
İki gündür ölkəmizə daxil olan soyuq hava kütləsi nəticəsində regionlara yağan qar müəyyən fəsadlara səbəb olub.
ARANTV.AZ məlumatına görə, Astara rayonunda iki kəndi birləşdirən yolda qarın hündürlüyü 70 sm-ə çatıb. Bu barədə redaksiyaya kənd sakinləri məlumat veriblər.
Bildirilir ki, Təxtənəkəran-Toradi yolunda hərəkət edən avtomobillər yolda qalıblar. Yoldan isə gün ərzində 5 min insan istifadə edir. Astara Yol İstismar idarəsi məsələyə biganə yanaşdığı üçün kənd sakinləri özləri yolu təmizləməyə çalışıblar. Məsələ ilə bağlı idarəyə edilən zənglərdən sonra Yol İstismar idarəsi köhnə “DT 75” tipli traktoru əraziyə göndərərək qarı təmizləməyə başlayıb.



Sonxeber.az

