Hadisə 

Ağdaşda ev və ona bitişik qaraj yanıb

Ağdaş rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və evə bitişik ümumi sahəsi 20 m² olan qaraj yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər