Cəmiyyət 

Fermerlər aqrar kredit üçün online müraciət edə biləcəklər

ARANTV.AZ xəbər verir ki, artıq aqrar fəaliyyətlə məşğul olanların güzəştli kredit üçün banka getməsinə ehtiyac qalmayacaq. Fermer və sahibkarlar müraciətlərini elektron platforma üzərindən online ünvanlaya biləcəklər. Bunun üçün fermer ASAN imzası vasitəsilə agrocredit.agro.gov.az saytına daxil olaraq, özü və təsərrüfatı haqqında məlumatları, istədiyi kredit məbləğini, təklif etdiyi girovu qeyd edib, müvəkkil kredit təşkilatını seçir və doldurulan müraciət formasını platforma vasitəsilə göndərir. Fermerin göndərdiyi müraciət həm bankda, həm də Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Kredit Şöbəsində izlənilir və araşdırılır. Yeni platforma fermer və sahibkarların işini yüngülləşdirərək, evdən çıxmadan kredit üçün müraciət etmək imkanı yaradacaq, eləcə də kredit müraciətlərinin qəbulunda şəffaflığı təmin edəcək.

Daha çox xəbərlər