Buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun olaraq şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək digər tədbirlərin tarixləri müəyyən olunub.
ARANTV.AZ DİM-ə istinadən şəhər və rayonlar üzrə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçiriləcəyi günləri təqdim edir:
| S/s | İmtahan keçiriləcək bölgələr | Buraxılış imtahanlarının keçirilmə tarixləri | ||
| Ümumi orta təhsil səviyyəsi üzrə (1-ci mərhələ) | Ümumi orta təhsil səviyyəsi üzrə (2-ci mərhələ) | Tam(11 illik) orta təhsil səviyyəsi üzrə | ||
| 1 | Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvan, Hərbi liseylər* | 01 mart 2020 | 14 iyun 2020 | 05 aprel 2020 |
| 2 | Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Ağstafa, Qazax, Tovuz, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə,Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran | 09 mart 2020 | 07 iyun 2020 | 12 aprel 2020 |
| 3 | Şəmkir, Gədəbəy, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Balakən, Zaqatala, Qax,Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Xüsusi məktəblər-Bakı* | 15 mart 2020 | 21 iyun 2020 | 19 aprel 2020 |
Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.
Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrinin şagirdləri müvafiq siniflər üzrə 3-cü imtahan günündə (istiqaməti) imtahan verəcəklər.
