Kriminal 

Gəncədə 68 yaşlı kişi ev tikmək istəyən qonşusunu güllələyib öldürdü

Gəncədə qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Akif Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası mart ayının 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Gəncə şəhərində, “Depo” adlanan ərazidə baş verib. Belə ki, ev tikintisi zamanı 1952-ci il təvəllüdlü Akif İsrəfil oğlu Hüseynovla 1989-cu il təvəllüdlü Zeynalabdin Bəndər oğlu Kərimov arasında torpaq üstündə mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib. 67 yaşlı A.Hüseynov gənc oğlanın onu vurmasından hiddətlənib və evə gedərək qoşalülə tüfəngini götürüb.

O, geri qayıdaraq Zeynalabdini güllələyib. 29 yaşlı Z.Kərimov hadisə yerində ölüb.


Ölkə.Az

Daha çox xəbərlər