Qayınatasını döyən azərbaycanlı çempionun məhkəməsi təxirə salındı
Qayınatasını döydüyünə görə həbs olunan kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov apelyasiya şikayəti verib.
ARANTV.AZ komanda.az-a istinadən xəbər verir ki, dünya çempionunun məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində olmalı idi. Amma məhkəmə günün ikinci yarısına kimi təxirə salınıb. Bununla bağlı vəkil Vüqar Tümasov məlumat verib.
5 qat dünya çempionu Ehram Məcidov Cinayət Məcəlləsinin 221.3. və 127.2 maddəsi ilə təqsirli bilinir. O Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

