Kriminal 

Xaçmazda 27 yaşlı gənc bıçaqlandı

Xaçmaz rayonunda 27 yaşlı gənci bıçaqlamaqda təqsirli bilinən Xəyyam Sənəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materiallarıbaxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Xaçmazın Qədmalıqışlaq kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Ağamirov Saleh Ənvər oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən Quba rayon sakini Xəyyam Sənəliyev tutulub.

X.Sənəliyevə Cinayət Məcəlləsinin 126.1-ci (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.


Ölkə.Az

Daha çox xəbərlər