Hadisə 

Bakı-Quba yolunda faciəvi hadisə – QADIN ÖLDÜ

Şabran rayonunda ağır yol qəzası baş verib.

ARANTV.AZ  xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi magistralının Şabrandan keçən hissəsində “VAZ 2106” markalı minik avtomobili rayonun Ağalıq kənd sakini, 1942-ci il təvəllüdlü Musayeva Səkinə Hilal qızını vurub.

Ağır xəsarət alan 78 yaşlı qadın vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Publika.az

Daha çox xəbərlər