Hadisə 

Bakıda küçədə kişi meyiti tapılıb

Bakıda küçədə kişi meyiti tapılıb.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, meyit paytaxtın Yasamal rayonu, M. Əliyev küçəsi 130-un qarşısında aşkarlanıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Xəlilov Əhmədxan Balı oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər