Kriminal 

Ucar sakini həmyerlisini küçədə qətlə yetirdi

Ucar rayonunda həmyerlisini qətlə yetirməkdə təqsirli bilinən Nazim Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 3-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb.

Rayon sakini Səfərov Nazim Əbil oğlu həmyerlisi, 1983-cü il təvəllüdlü Cəbrayılov Abbas Malik oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə N.Səfərov üzərində gəzdirdiyi bıçaqla A.Cəbrayılovu bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Nazim Səfərova qərşı Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittihan elan olunub.


Ölkə.Az

Daha çox xəbərlər