Cəmiyyət 

Bakıda itkin düşən şəxs oteldə tapıldı

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.

Bu barədə “Report”a BŞBPİ-nin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, N.Əliyev paytaxtda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər