Metyu Brayza: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir”
“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir”.
ARANTV.AZ xəbər verir ki, bunu trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.
M.Brayza hesab edir ki, Amerika Erməniləri Milli Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir: “Çünki bu, həmin təşkilatın donorlardan pul cəlb etmək imkanını azaldacaq”.
Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməlidir.
XİN: Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildir ki davam edir
Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edilməsi haqqında qərar qəbul edib.

