Bakıda qadın yoxa çıxan ərini axtarır
Bakıda 68 yaşlı kişi itkin düşüb.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Xətai rayonu Zığ yolu küçəsində yaşayan 55 yaşlı İlhamə Nəzərova (adlar şərtidir) 36-cı Polis Bölməsinə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib. Qadın qeyd edib ki, birlikdə yaşadığı həyat yoldaşı, 68 yaşlı Yusif Nəzərov 2 gün əvvəl mənzili tərk edib və ondan xəbər tutmaq mümkün olmayıb.
İ.Nəzərova həyat yoldaşının fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.
Axtarış tədbirləri həyata keçirilir.

