Aygünün 16 il əvvəl ifa etdiyi mahnıya yeni nəfəs verdi – Video
Gənc müğənni Fərid Hüseynov xalq artisti Aygün Kazımovanın 16 il əvvəl ifa etdiyi “Siqara” mahnısına yeni nəfəs verib. ARANTV.AZ-ın məlumatına görə, ifaçı xalq artistinin mahnısının ona uğur gətirəcəyinə əmin olduğunu vurğulayıb. Musiqisi Vaqif Gərayzadəyə, sözləri İsmayıl Dadaşova aid olan bəstəyə klip də çəkilib. Rəngarəng və maraqlı ekran işinin rejissoru Novruz Məmmədovdur.

