Cəmiyyət 

Son beş ildə dörd milyon insan evindən didərgin düşdü-Əfqanıstanla bağlı STATİSTİKA

Əfqanıstanın Miqrasiya naziri Seyid Hüseyin Alimi Belhi, son 5 ildə Əfqanıstanda 4 milyon insanın evlərini tərk etdiyini deyib.

ARANTV.AZ-ın məlumatına görə Belhi, paytaxt Kabildə keçirdiyi mətbuat konfransında Miqrasiya Nazirliyinin Əfqanıstandakı daxili miqrant probleminin həllini tapmaq üçün çalışdığını bildirib.

Ölkədə davam edən vətəndaş müharibəsinin mühacirlərin artmasının əsas səbəblərindən biri olduğunu ifadə edən Belhi, “Son 5 ildə münaqişə və iqtisadi çətinliklər səbəbiylə 4 milyon insan evindən didərgin düşüb” deyib.

Nazir Belhi, 5 milyon daxili miqrantdan 2 milyonunun köməyinə yardim etdiyini söyləyib.
Əfqanıstanın ən böyük problemlərindən birinin mühacir məsələsi olduğunu ifadə edən Belhi, ölkədə əmin-amanlığın olduğu təqdirdə bu problemin köklü şəkildə həll ediləcəyinə inandıqlarını vurğulayıb.

Miqrasiya Nazirliyinin məlumatına görə, daxili miqrantların çoxu təhlükəsizliyin bir az daha yaxşı olduğu paytaxt Kabildə düşərgələrdə yaşayır.
Son illərdə düşərgələrdə vəziyyətin pisləşdiyi və əsas ehtiyaclara yardımın azaldığı görünür. Düşərgələrdə qalanların əksəriyyəti tibbi yardımdan istifadə və bir çox uşaq məktəbə gedə bilmir.Sonxeber.az

Daha çox xəbərlər