Hadisə 

Ucarda minik və yük maşınları toqquşdu

Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib.  

ARANTV.AZ  xəbər verir ki, hadisə Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili “Volvo” markalı yük maşınına çırpılıb. Nəticədə “Mercedes”də olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Unikal.org

Daha çox xəbərlər