Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Estoniya Prezident Kersti Kalyulayda təbrik məktubu göndərib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
“Hörmətli xanım Prezident, Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Estoniya xalqına ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

