Kürdəmir qanlı hadisə: arvadını güllələdi
Sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib.
ARANTV.AZ xəbər verir ki, hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən – əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.
Araşdırma aparılır.
milli.az

