Füzulidə evdən meyit tapıldı
Füzuli rayonunda mənzildən meyit tapılıb.
ARANTV.AZ xəbər verir ki, Qayıdış-6 qəsəbəsi, 60 nömrəli evdə 1960-cı il təvəllüdlü Namazov Məhəmmədəli Famil oğlunun meyiti aşkar edilib və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin araşdırma zamanı M.Namazovun bədənində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.Publika.az

