Mingəçevirdə xüsusi əməliyyat: Müqavimət göstərən şəxs zərərsizləşdirildi
Mingəçevirdə xüsusi əməliyyat keçirilib.
ARANTV.AZ-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib.
Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib.APA

