Zaqatalada itkin düşən çobanın meyiti tapıldı
Zaqatalada itkin düşən çobanın meyiti tapılıb.
ARANTV.AZ xəbər verir ki, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub.
Hazırda Qurban İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.
oxu.az

