Hadisə Region Xəbərləri 

Bərdə traktor Vaz 2115 ilə toqquşdu sürücü yaralanıb . FOTO+VİDEO

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

ARANTV.AZ-ın Qarabağ üzrə bölgə müxbirinin məlumatına görə hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

“Belarus” markalı traktor hərəkətdə olan zaman qarşısına çıxan “Vaz-2115” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə traktor qoşqusu ilə birgə aşıb.

Traktorun sürücü 1979-cu il təvəllüdlü Əhmədov Samir Əhməd oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğu bildirir

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər