Cəmiyyət 

Dezinfeksiya şirkətlərinə müraciətlər artıb – VİDEO

Koronavirus təhlükəsi Bakıda fəaliyyət göstərən dezinfeksiya şirkətlərinə tələbatı artırıb.

ARANTV.AZ-ın məlumatına görə, şirkətlərdən birinin rəhbəri Sabir Məmmədov deyib ki, son vaxtlar onlara müraciətlərin sayı artıb.

O bildirib ki, bir neçə ay əvvəl şirkətə dezinfeksiya ilə bağlı gün ərzində 5 təklif gəlirdisə, koronavirus təhlükəsinə görə hazırda gündəlik 15-20 müraciət olur.

Sabir Məmmədov deyib ki, müraciət edildyi təqdirdə həmin şəxslərlə müqavilə imzalanır və obyektlərdə dezinfeksiya tədbirlərinin görülməsinə başlanılır. Dezinfeksiya zamanı isə Almaniya və bir sıra ölkələrdən sifariş edilən xüsusi kimyəvi məhlullardan istifadə edilir.

Dezinfeksiya tədbirlərinin görülməsində hər kvadrat metrə görə qiymət hesablanır. Sabir Məmmədov dövlət obyektlərinin dezinfeksiyasında güzəştlərin edildiyini bildirib.

Tələbat artsa da, qiymətlərdə artım yoxdur.

Xezerxeber.az

Daha çox xəbərlər