Cəmiyyət 

Hər gün yumurta yemək olarmı?

ABŞ alimləri 34-illik araşdırmanın nəticələrini elan ediblər. Alimlər bu illər ərzində 200 mindən çox insanın qidalanmasına nəzarət edirdi.

ARANTV.AZ  bildirir ki, araşdırma insan qidalanması ilə bağlı bir çox suallara cavab verib.

Belə ki, araşdırmanın nəticələrinə görə, hər gün 1 toyuq yumurtasını yemək olar. Bu ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Həmçinin yumurtanın tərkibində olan maddələr beyinin fəaliyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir, sümük və əzələlərin sağlamlığını qoruyur, artıq çəki yığmamağa yardım edir.

Mütəxəssislər gün ərzində 1 ədəddən çox yumurta yeməyi tövsiyə etmirlər.  Saglamolun.az

Daha çox xəbərlər