Hadisə 

Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlandı

Ağdaşda fəhlənin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gün rayonun Ləki qəsəbəsində yerləşən “Kafkaz” QSC-yə məxsus Beton Zavodunda qeydə alınıb.

Zavodda fəhlə işləyən rayon sakini Mahir Hacıyev beton qarışdıran qurğunun içinə düşərək ölüb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.APA

Daha çox xəbərlər