Şirvanda piyadanı vuran avtomobil aşdı — Ölən var
Şirvan şəhərinin M.Əsədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, sentyabrın 15-də saat 19:00 radələrində Şirvan şəhəri M.Əsədov küçəsində şəhər sakini İmran Əhədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Güldəstə Abışovanı vurub və idarəetməni itirdiyindən avtomobil aşıb.
Nəticədə, piyada hadisə yerində ölüb, sürücü və iki sərnişini xəstəxanaya yerləşdiriliblər.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.
ölkə.az

