“TurStat”: “Bakı payız səyahəti üçün MDB şəhərlərinin ilk üçlüyünə daxildir”
ARANTV.AZ xəbər verir ki, Bakı payız səyahəti üçün MDB şəhərlərinin ilk üçlüyünə daxildir. Bu,“TurStat” analitik agentliyinin məlumatında yer alıb. Agentlik rusiyalı turistlərin payız səyahəti üçün Müstəqil Dövlətlər Birliyində ən populyar şəhərlərin siyahısını açıqlayıb. Turistlər arasında populyar olan şəhərlərinin ilk onluğunda Bakı ilə yanaşı, Minsk, Astana, Daşkənd, Almatı, Bişkek, Kişinyov, Düşənbə və Aşqabad şəhərləri də var. “TurStat”ın məlumatına görə, Azərbaycanın paytaxtına turistlər orta hesabla 3,5 günlük gəlir və bir gün qalmağa 75 dollar xərcləyirlər. Reytinq 2018-ci ilin payızında turist səfərlərinin populyarlığının təhlilinə əsasən tərtib edilib.

