Bakıda 27 yaşlı gənc bıçaqlandı
Bakıda 27 yaşlı gənc bıçaqlanıb.
ARANTV.AZ xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda baş verib.
Paytaxt sakini, 1993-cü il təvəllüdlü İlkin Hüseynov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İlkin məlumatlara görə, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.Oxu.Az

