Cəmiyyət Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı özünün yaradılmasının 27-ci ildönümünü Aprel şəhidlərinin ailələri ilə birgə qeyd etmişdir.+FOTOLAR

Görüşdən əvvəl YAP Bərdə rayon təşkilatı İdarə heyəti və Şura üzvləri, bir qrup partiya fəalı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra Aprel döyüşlərində şəhid olmuş baş leytenant Həsənov Ziya Niyazi oğlunun, gizir Musayev Səbuhi Rəfayıl oğlunun və 2016-cı il oktyabrın 5-də şəhid olmuş Məmmədov Sahil Sabir oğlunun ailələrinə baş çəkmiş, keçdikləri döyüş yolundan, qəhrəmanlıqlarından söhbət açmış, ailələrinə səbr diləmişlər.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirmişdir ki, artıq Aprel döyüşlərindən dörd il ötür. Azərbaycanımızın hər qarış torpağını düşməndən canı, qanı ilə qoruyan hərbçilərimiz qəhrəmanlıq dastanını burada yaratdılar. Qəhrəman gənclərimizin vətən, torpaq uğrunda göstərdiyi fədakarlıq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən, dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri ölümündən sonra orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Görüşdə onların hər birinə təşkilat tərəfindən maddi yardımlar edilmiş, şəhid Həsənov Ziya Niyazi oğlunun ailəsinin yaşadığı döngəyə asfalt örtük çəkilməsi, şəhid Musayev Səbuhi Rəfayıl oğlunun anası Musayeva Reyhan İbiş qızının Bərdə Çörək zavodunda işlə təmin edilməsi ilə bağlı partiya fəalları İlham Əzimov və Məhərrəm Şəfiyev tərəfindən müvafiq addımlar atılmışdır.

  

  

Daha çox xəbərlər