Dünya 

Qvatemalada koronavirusdan ilk ölüm halı qeydə alındı

Qvatemalada COVİD-19 koronavirusundan ilk ölüm halı qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Uqo Monroy deyib.

Onun sözlərinə görə, dünyasını dəyişən xəstə 85 yaşlı kişi olub.

Nazir qeyd edib ki, o, martın 6-sı Qvatemalaya İspaniyadan gəlib.

Qeyd edək ki, Qvatemalada koronavirusa ilk yoluxma halı martın 13-ü qeydə alınıb.

Daha çox xəbərlər