Rusiyada məhkəmədə kişi arvadını öldürdü
Rusiyanın Sverdlovsk vilayətində məhkəmə zalında qətl hadisəsi baş verib.
Bu barədə “RİA Novosti” Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.
Arvadını döyməkdə təqsirli bilinən şəxs və həyat yoldaşının məhkəmə prosesində qətl törədilib.
Təqsirləndirilən bıçaq çıxararaq 27 yaşlı arvadını öldürüb, eyni zamanda qadını müdafiə etmək istəyən məhkəmə müvəkkilini yaralayıb.
Mərhumun 3 uşaq anası olduğu bildirilir. Onun ən kiçik övladı ötən il dünyaya gəlib.
Hadisə yerindən qaçan cinayətkar anasının evində tapılaraq tutulub.
Onun barəsində qəsdən adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.

