YAP yarım milyon manatdan çox gəliri XƏRCLƏDİ
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna 508 min 20 manat vəsait daxil olub.
ARANTV.AZ-ın məlumatına görə, bu məbləğ fiziki şəxslərin könüllü ianəsi hesabına formalaşıb.
YAP bu vəsaiti seçkilərdə xərcləyib. Məbləğin 411 min 820 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsinə xərclənib.
Vəsaitin 96 min 200 manatı isə seçki prosesində hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə sərf olunub.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.Oxu.Az

