ARANTV.AZ xəbər verir ki, Vyetnam Milli Assambleyasının sədr müavini Uonq Çu Luunun rəhbəlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Universitetin rektoru Abel Məhərrəmov hər iki ölkənin elm, təhsil sahəsindəki beynəlxalq əlaqələrindən danışıb. Rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişaf mərhələləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Qonaq isə ölkələrimiz arasındakı əməkdaşlıqdan söhbət açıb, müasir dövrdə elmin və təhsilin mühüm rolunu qeyd edərək bu sahədə əlaqələrimizin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Vyetnam Milli Assambleyasının sədr müavini Uong Çu Luu BDU-da olub
