Hadisə 

Azərbaycanda kişi icarəyə götürdüyü çay evində ölü tapıldı

Neftçala rayonunda çay evində kişi meyiti aşkarlanıb.

ARANTV.AZ xəbər verir ki, meyit martın 17-si saat 11:30 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən H.Cavid adına “Mədəniyyət və İstirahət parkı”ndakı çay evində tapılıb.

1963-cü il təvəllüdlü Mirzəyev Abduləzim Qabil oğlu şərti müqavilə əsasında icarəyə götürdüyü çay evində ölü olaraq tapılıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər