Rövnəq Abdullayev SOCAR GPC qaz-kimya kompleksinin tikintisi barədə – YENİLƏNİB

SOCAR GPC qaz-kimya kompleksinin layihələndirilməsi üzrə işlər və ilkin mühəndis işləri başa çatıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda Neftçilər gününə həsr olunmuş tədbir zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, kompleks Azərbaycanın kimya sənayesinin inkişafına növbəti töhfə olacaq:

“Hazırda bu məsələ ilə bağlı xarici investorlarla danışıqlar aparılır. İlkin mühəndislik işləri və layihələndirmə işləri artıq başa çatıb”.

Qeyd edək ki, qaz emalı və polimer zavodlarından ibarət olacaq SOCAR GPC kompleksinin tikintisinin 2018-ci ilin sonu – 2019-cu ilin əvvəlində başlanması planlaşdırılır.

————

14:40

SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların aşkar olunması və ilkin kəşfiyyat işləri ilə bağlı bir sıra xarici şirkətlərlə danışıqları yekunlaşdırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda Neftçilər gününə həsr olunmuş tədbir zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, danışıqların yekunlarına əsasən artıq razılıq da əldə olunub.

Azərbaycanda qaz yataqlarının işlənməsi barədə danışarkən R.Abdullayev qeyd edib ki, 2020-ci ildə “Ümid” qaz-kondensat yatağının ikinci platformasında yeni quyunun qazılmasına başlanılacaq:

“Qazma işləri 2020-ci ildə başlanılacaq. Quyu 2021-ci ildə istifadəyə veriləcək”.