Koronavirus Nigerə də yayıldı
Nigerdə koronavirusa ilk yoluxma halı aşkarlanıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri İdi İyasu Maynasara bildirib.
Onun sözlərinə görə, xəstə yaxınlarda Toqo, Kot-Divuar və Burkina Fasoda səfərdə olan 36 yaşlı Niger vətəndaşıdır.

