Biləsuvarda yol qəzası – Xəsarət alan var
Biləsuvar rayonunda yol qəzası baş verib.
ARANTV.AZ “report”-a istinadən xəbər verir ki, hadisə Bəydili kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

