Hadisə 

Sərxoş sürücü avtomobili yük maşınına çırpıb – VİDEO

Abşeronda minik maşını ilə yük avtomobili toqquşub.

ARANTV.AZ  xəbər verir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

İlkin ehtimala görə “Mercedes” markalı minik maşınının sürücüsü içkili olduğundan sükana nəzarəti itirərək idarə etdiyi nəqliyyat vasitəsini “Shacman” markalı yük maşınına çırpıb.

Zərbənin təsirindən minik maşınının qabaq hissəsi deformasiyaya uğrayıb.

Qəza nəticəsində “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirib.

Hadisə yerinə ərazi üzrə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Avtoqəzanın təfərrüatları aparılan araşdırmanın sonunda bəlli olacaq.

 

BiG.AZ

Daha çox xəbərlər