Estoniyada koronavirusa yoluxanların sayı artır
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 26 nəfər artaraq 352-yə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb.
Virusa yoluxanların sayının artacağı istisna olunmur. Hələlik ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb.

